Litva Respubliaksının ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Bakıda keçirilən Beynəlxalq sənədli filmlər festivalı çərçivəsində “Quzu qapıları” sənədli fiminin təqdimatı keçirilib. “Alov qüllələri”ndə keçirilən təqdimatda sənədli filmi ərsəyə gətirən rejissor Adreans Stonys və Litva Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Juris Maklakovs film haqqında öz fikir və mülahizələrini bildiriblər.
Təqdimatda bildirilib ki, “Quzu qapıları” filmi 2014-cü ildə bir neçə qitədə çəkilib. Filmdə litva, rus və başqa dilləri eşitmək olar.
2015-ci il ildə “Quzu qapıları” filmi ən yaxşı musiqisinə görə Litva Kino Akademiyası tərəfindən mükafatlandırılıbdır.
Səndəli filmin rejissoru Adreans Stonys isə rejissordur, produserdir, həmçinin Avropa Film Akademiyasının və Avropa Sənədli şəbəkənin üzvüdür, habelə Litva Milli Mükafatının laureatıdır. Onun filmi bir neçə beynəlxalq film mükafatlarını almışdır – o cümlədən ən yaxçı ilin Avropa sənədli filmi olub.
Tanınmış rejissorun Yaponiyanın Vaseda universitetində, Amerika Birləşmiş ştatlarında Berkley və Standford universitetlərində master klassları olub, Barselonanın Pompeu Fabra universitetində sənədli filmin təlimi keçirib.
P.S Sənədli filmin rejissoru A. Stoynsla söhbətə yaxın günlərdə saytda tanış ola bilərsiniz
Belediyye.info